Mahir Emreli: "Uduzmağımızın səbəbini fərdi səhvlərdə görürəm"

Mahir Emreli: Uduzmağımızın səbəbini fərdi səhvlərdə görürəm
Uduzmağımızın səbəbini fərdi səhvlərdə görürəm.
Bu fikirləri "Report"a müsahibəsində Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
27 yaşlı hücumçu yığmanın yoldaşlıq oyunlarında Haiti (0:3) və Belarusa (0:2) uduzması ilə bağlı fikirlərin bölüşüb:
"Ümumi baxsaq, hər iki matçda yetərincə qol imkanlarımız oldu, amma dəyərləndirə bilmədik. Onlardan faydalana bilsəydik, fərqli oyunlar görmək olardı. Düşünürəm ki, milli səviyyədə əlinə düşən epizodları dəyərləndirsən, daha yaxşı olar. Çünki buradakı səhvlər heç vaxt bağışlanmır. Məncə, fərdi səhvlərdən çox qol buraxdıq. Bunun üzərinə düşməli, çalışmalı və səhvləri aradan qaldırmalıyıq".
Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26