Arif Əsədov Azərbaycanın U-21 millisinə təyinat almamasına münasibət bildirib

Arif Əsədov Azərbaycanın U-21 millisinə təyinat almamasına münasibət bildiribArif Əsədov
Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov 21 yaşadək futbolçulardan ibarət yığmaya baş məşqçi təyin olunmamasına münasibət bildirib.
"İnterPosta"a açıqlama verən mütəxəssis bu gün AFFA İcraiyyə Komitəsi tərəfindən U-21 millisinə baş məşqçi təyin edilən Ayxan Abbasova uğurlar arzulayıb.
"Ümid edirəm ki, Ayxan Abbasov işinin öhdəsindən layiqincə gələcək. AFFA-nın verdiyi qərarlara hər zaman olduğu kimi hörmətlə yanaşırıq. Təyinatdan öncə başqa məşqçilərlə, o cümlədən mənimlə də fikir mübadiləsi aparılmışdı. Yəqin hər bir mütəxəssislə ayrılıqda danışılıb və müəyyən kriteriyalara görə Ayxan Abbasov seçilib. Fərqi yoxdur, kim baş məşqçi olur-olsun, təki Azərbaycan futbolu irəli getsin", - A.Əsədov vurğulayıb.
Qeyd edək ki, U-21 millisinin yeni baş məşqçisi Ayxan Abbasovla 2 illik müqavilə imzalanıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26