Interposta.Info

"Araz-Naxçıvan" - "Qarabağ" matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb
 

İdman
 13-03-2025, 13:46     38 203

Araz-Naxçıvan - Qarabağ matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb
Misli Premyer Liqasının XXVI turunda keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" matçında baş verən qalmaqalla bağlı AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

"İnterPosta" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanın 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb. Ona 3 ay sınaq müddəti təyin olunub. Bununla yanaşı, klub 3000 manat cərimələnib.

Sözügedən matçda baş verənlərlə bağlı "Qarabağ"ın oyunçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı da cəzalandırılıb. Təcavüzkar davranışa yol verən hər iki futbolçu biri şərti olmaqla 2 oyunluq cəzalanıb. Onlara üç ay sınaq müddəti təyin olunub. "Qarabağ" futbolçularının hərəkətinə görə ümumilikdə 4000 manat cərimələnib.

Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat ziyana düşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26