Interposta.Info

Bu il idman yarışları və beynəlxalq turnirlər, “Zəfər yürüşü” tədbirləri təşkil ediləcək
 

İdman
 11-02-2025, 17:29     24 747

Bu il idman yarışları və beynəlxalq turnirlər, “Zəfər yürüşü” tədbirləri təşkil ediləcək
Azərbaycanda bu il idman yarışları və beynəlxalq turnirlər, “Zəfər yürüşü” tədbirləri təşkil ediləcək.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında öz əksini tapıb.

İl ərzində keçiriləcək tədbirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Gənclər və İdman, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri icra edəcək.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26