Interposta.Info

"Qarabağ" ilin ilk çempionat oyununda bu gün "Şamaxı" ilə üz-üzə gələcək

İdman
 17-01-2025, 09:43     40 948

Bu gün futbol üzrə Misli Premyer Liqasında 2025-ci ilin ilk oyunu keçiriləcək.

"İnterPosta" məlumatına görə, XIX turun açılış matçında "Qarabağ" "Şamaxı" ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi 18 turdan sonra 47 xalla liderdir. Şamaxı klubu 17 xalla 7-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
III dövrə XIX tur
17 yanvar
19:00. "Qarabağ” – "Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Babək Quliyev.

Qeyd edək ki, turun digər oyunları yanvarın 18-19-da baş tutacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26