Interposta.Info

"Sevilya" klubu bir neçə azərbaycanlı futbolçunu izləyir

İdman
 15-01-2025, 15:37     20 591

Sevilya klubu bir neçə azərbaycanlı futbolçunu izləyir
İspaniyanın "Sevilya" klubu "Marcet" akademiyasına seçilən bir neçə azərbaycanlı futbolçunu izləyir.

"Report"un məlumatına görə, bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov "Mingəçevir" futbol klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.

O, detallar barədə çox danışmaq istəmədiyini söyləyib: "Sirrləri çox açmaq istəmirəm. Ümumiyyətlə, bəzi azərbaycanlı futbolçuların Avropada oynamasını istəyirik".

Rafael Bunyatov İspaniyanın "Barselona" klubuna məxsus olan qapıçı Eldar Tağızadənin icarə əsasında "Tudelano"da çıxış etdiyini xatırladıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26