Interposta.Info

Juninyonun "Sevilya"ya keçidinin detalları: İspaniya klubu "Qarabağ"a əlavə 250 min avro ödəyə bilər
 

İdman
 6-01-2025, 11:55     22 175

Juninyonun Sevilyaya keçidinin detalları: İspaniya klubu Qarabağa əlavə 250 min avro ödəyə bilər
"Qarabağ"ın futbolçusu Olavio Juninyonu heyətinə qatmağa yaxın olan İspaniyanın "Sevilya" klubu UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Azərbaycan çempionuna əlavə ödəniş edəcək.

"Report" xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Əndəlüs təmsilçisi qitənin bir nömrəli klub turnirinə qatılsa, "köhlən atlar"a 250 min avro ödəyəcək. Bundan əlavə, "Qarabağ" 28 yaşlı hücumçunun növbəti satışından 20 faiz gəlir əldə etmək hüququna da malik olacaq. Bu keçidin "Sevilya"ya 4 milyon avroya başa gələcəyi gözlənilir.

Bu həftə İspaniyaya gedəcək braziliyalı forvard yeni klubu ilə "2+1 illik" müqavilə imzalayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26