Interposta.Info

Həlak olan pilot millimizin üzvünün atası imiş (FOTO)

İdman
 28-12-2024, 10:59     85 361

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan AZAL-ın pilotu İqor Kşnyakin Azərbaycan millisinin üzvlərinin valideynidir.

Metbuat.az-ın məlumatına görə, mərhum pilot Azərbaycan Gimnastika Federasiyasının üzvləri, tanınmış gimnastlar Anastasiya və Darya Kşnyakinanın atasıdır.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26