"Barselona"nın futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
Barselonanın futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda Asiya ölkəsindəki gündəlik həyatla bağlı məlumatları öyrənir.
27 yaşlı yarımmüdafiəçi Pro Liqasından gələcək sərfəli təklifi qəbul etməyə hazırdır.
Niderlandlı oyunçunun kataloniyalılarla müqaviləsi 2026-cı ildə başa çatacaq.
Qeyd edək ki, Frenki de Yonq cari mövsüm "Barselona"nın heyətində 13 oyun keçirib və 1 qol vurub.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


