Azərbaycanlı futbolçu Almaniyada iki qol vurdu

Almaniya region liqasında növbəti oyunlar keçirilib.
Millimizin keçmiş üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu Berlin "Dinamo"su "Babelsberq" klubunu qəbul edib.
Oyun 3-0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. 90 dəqiqə meydanda olan Dadaşov rəqibin qapısından 2 top keçirib.
Qeyd edək ki, hazırda 29 xala malik "Dinamo" regional liqada 6-cı pillədə qərarlaşıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26