Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişmədi

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
"İnterPosta" xəbər verir ki, ötən gün Avropa Liqasının Liqa mərhələsinin V turunda "Lion"a (Fransa) 1:4 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına fayda verə bilməyib.
Buna baxmayaraq, Azərbaycan 19.625 əmsalla 27-ci yerdə qalıb. Reytinq cədvəlində 26-cı pillədə Rumıniya (20.375) qərarlaşıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (97.035) başçılıq edir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26