Interposta.Info

Azərbaycanın FIFA referisi yeni təyinat aldı

İdman
 22-11-2024, 15:09     38 065

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

"İnterPosta" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək "Şturm” (Avstriya) – "Jirona” (İspaniya) oyununun baş hakimi olacaq.

K.Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 27-də Avstriyanın Sankt Veit an der Qlan şəhərində yerləşən "Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26