Erlinq Holand Norveç millisində rekorda imza atıb

Norveç seçməsinin heyətində 34-cü dəfə fərqlənən Erlinq Holand milli komandada rekorda imza atıb.
Sloveniya seçməsi ilə görüşdə dubla imza atan Erlinq Holand bununla da Yörgen Yuveni arxada qoyub (33).
24 yaşlı hücumçu 3:0 hesabı ilə yekunlaşan qarşılaşmanın 10-cu və 62-ci dəqiqələrində fərqlənib. Erlinq 34 qol həddinə 36-cı oyunda çatıb. O bu göstərici üzrə də millinin rekordçusu olub.
Qeyd edək ki, Holand 2019-cu ildən Norveç millisinin şərəfini qoruyur./oxu.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26