Paris-2024: Azərbaycan atleti 7-ci yeri tutub
Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan final mərhələsində mübarizə aparıb.
"Report" xəbər verir ki, 12 idmançının yer aldığı həlledici mərhələdə atletimiz ilk 3 cəhdinin yekununda 73.27 metr nəticə ilə 6-cı olub və mübarizəni davam etdirərək ilk "səkkizliy"ə düşüb.
Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73.66 metrə çatdıran Anna Skidan Olimpiya Oyunlarında 7-ci yeri tutub.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26