Interposta.Info

Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi

İdman
 28-02-2024, 09:42     21 615

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.

"İnterPosta" xəbər verir ki, yığmamızı yenidən Fərid Cəlalov çalışdıracaq.

O, millimizin baş məşqçisi təyin olunub. Bu barədə qərarı Azərbaycan Voleybol Federasiyası verib. O, bu postda Pərviz Səmədovu əzəvləyib.

Cəlalov millimizə Qızıl Avropa Liqasının oyunlarında rəhbərlik edəcək. Bu turnirin görüşləri may-iyun ayılarında keçiriləcək.

Qeyd edək ki, Cəlalov hazırda həm də "Murov Az Terminal” klubunun baş məşqçisidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26