Interposta.Info

Azərbaycan futbolunda transfer rekordu qırıla bilər

İdman
 2-02-2024, 09:15     40 689

Bu mövsüm "Qarabağ”a transfer olunan Olavio Juninyo Avropa klublarının diqqət mərkəzindədir.

Offsideplus.az-a daxil olan məlumata görə, İspaniya, İtaliya, Fransa, Belçika, Niderland və Rusiya təmsilçiləri forvardla maraqlanırlar. Menecerlər braziliyalını müxtəlif klubların rəhbərliyinə təklif edirlər.

Lakin 27 yaşlı hücumçunun müqaviləsindəki bənd Avropa klublarını düşündürməyə məcbur edir. Oyunçunun sərbəstqalma dəyəri olduqca yüksəkdir. Belə ki, hansısa klub Juninyonu transfer etmək istəsə, ölkə futbol tarixinin ən yüksək ödənişini etməlidir (Azərbaycan futbolunda ən bahalı satış 5 milyon avroya "Qarabağ"dan "Krasnodar"a transfer olunan Kadi Borges olub).

Qeyd edək ki, hücumçunu bu mövsüm "Qarabağ”ın heyətində 33 oyunda 19 qol vurub, 2 məhsuldar ötürmə edib. Juninyonun 2026-cı ilin iyununa qədər "köhlən atlar”la müqaviləsi var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26