Interposta.Info

“Real Madrid” Deyvisdən “Bavariya” ilə müqaviləsini yeniləməməyi xahiş edir

 

İdman
 9-01-2024, 19:54     26 797

“Real Madrid” “Bavariya”nın müdafiəçisi Alfonso Deyvisdən Münhen klubu ilə müqaviləni yeniləməməyi xahiş edib.

Məlumata görə, İspaniya klubunun nümayəndəsi müdafiəçi ilə əlaqə saxlayıb və ona bildirib ki, yayda “Real” “Bavariya” ilə onun alınması üçün danışıqlar aparmağa çalışacaq. 23 yaşlı futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.

Nüfuzlu internet portalı “Transfermarkt” Alfonso Deyvisin təxmini dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, bu mövsüm kanadalı futbolçu Almaniya çempionatında 14 oyun keçirib və üç məhsuldar ötürmə edib. Bundesliqanın 2023/2024 mövsümünün 15 turundan sonra “Bavariya” 38 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26