Interposta.Info

"Yuventus" Ronaldonun 20 milyon avrosunu ödəməkdən imtina etdi

İdman
 6-10-2023, 09:41     421


"Yuventus" keçmiş hücumçusu Kriştiano Ronaldonun maaş borcunu ödəməkdən imtina edib.

Qaynarinfo bu barədə "Football Italia"ya istinadən xəbər verir.

Futbolçu İtaliya Arbitraj Məhkəməsində pandemiya zamanı ona verilməli olan maaşın ödənilməsilə bağlı Turin klubu ilə razılığa gələ bilməyib.

Ronaldonun "Yuventus"la gizli müqaviləsi olub. Bu, koronavirus pandemiyası zamanı Turin klubuna maaşları təxirə salmağa imkan verib. İtalyanlar Ronaldoya daha 19,9 milyon avro ödəməlidir. Portuqaliyalının komandada ayrılacağı təqdirdə bu ödənişin ediləcəyi vəd olunub. Futbolçu 2018-2021-ci illərdə "Yuventus"da çıxış edib.

Ronaldo 2 yanvar 2023-cü ildə Səudiyyə Ərəbistanından "Əl-Nəsr" klubuna keçib. Müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq. Portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da qeyd olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26