Interposta.Info

 

“Qarabağ”ın baş direktorundan Şahruddinlə bağlı AÇIQLAMA: “Keçidinə icazə verdik” - YENİLƏNİB + VİDEO

İdman
 6-09-2023, 15:00     579

“Şahruddinin qərarına hörmətlə yanaşdıq və “Adana Dəmirspor”a keçidinə icazə verdik”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl qapıçı Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidi ilə bağlı danışarkən deyib.

Ağdam klubunun rəsmisi Azərbaycan vətəndaşının Türkiyədə yerli statusda çıxış etməsinin transferdə vacib rol oynadığını bildirib: “Şahruddinin “Adana Dəmirspor”dan təklifi var idi. Bizə özünü orada sınamaq, karyerasını Türkiyədə davam etdirmək istədiyini bildirdi. Üstəlik, Azərbaycan vətəndaşları Türkiyədə legioner statusunda oynamırlar. Bu, bəlkə də ona əlavə stimul olub. Şahruddin də ora getməyə üstünlük verdi”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la 2+1 illik müqavilə imzalaması gözlənilir.

13:40

“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.
Qolkiper “Adana Demirspor”la razılaşıb. Super Liqa təmsilçisi Şahruddinlə 2+1 illik müqavilə imzalayacaq.

Azərbaycan yığmasının da üzvü olan qolkiper Türkiyə klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev “Qarabağ”ın heyətində oynadığı matçlarda ard-arda kobud səhvlərlə yadda qalmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26