Interposta.Info

“Çelsi”nin hücumçusu “Qalatasaray”a keçə bilər

İdman
 27-06-2023, 16:49     208

“Çelsi”nin futbolçusu Pyer-Emerik Obameyanq karyerasını Türkiyədə davam etdirə bilər.

“Qalatasaray” qabonlu hücumçunu transfer etmək istəyir. Məlumata görə, İstanbul təmsilçisi artıq 34 yaşlı forvard üçün təklif hazırlayıb.

Qeyd edək ki, Obameyanqın London təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır. O, ötən mövsüm 21 oyunda 3 qolla yadda qalıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26