Interposta.Info

Avropa Oyunları: Azərbaycan idmançıları bu gün üç növdə çıxış edəcəklər

İdman
 24-06-2023, 10:02     238

Polşada III Avropa Oyunları davam edir.

"İnterPosta" xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.

Atıcılıqda iki idmançı fərdi növdə, eyni zamanda, qadınlardan ibarət komanda qüvvəsini sınayacaq. Millinin üç boksçusu rinqə çıxacaq, taekvondoçu Cavad Ağayev medal qazanmağa çalışacaq.

Atıcılıq

11:00. Regina Meftahəddinova, Nurlana Cəfərova (skit)

13:00. Nərimə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)

Taekvondo

13:36. Kişilər: Cavad Ağayev (68 kq)

Boks

Qadınlar

20:15. 54 kq, 1/16 final

Zeynəb Rəhimova - Lenuta Periyoç (Rumıniya)

Kişilər

20:45. 80 kq, 1/16 final

Murad Allahverdiyev - Kevin Şumann (Almaniya)

22:15. 92 kq, 1/16 final

Alfonso Dominges (92 kq) - Yan Zak (İsrail)

Qeyd edək ki, Azərbaycan komandası iki qızıl, bir gümüş və iki bürünc medalla ümumi sıralamada 10-cu pillədə qərarlaşıb. III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26