Interposta.Info

“Neftçi”nin yeni titul sponsoru SOCAR olacaq
 

İdman
 16-06-2023, 08:47     302

"Neftçi”nin yeni titul sponsoru SOCAR olacaq.

"İnterPosta" xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında xəbər yayıb.

Bildirilib ki, 2023/2024-cü illər mövsümündə "Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni titul sponsoru ölkənin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olacaq. Müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun loqosu əks olunacaq.

Qeyd edək ki, 2018-ci ildə "Neftçi” ilə sponsorluq müqaviləsi imzalayan, 2019/2020-ci illər mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti "Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26