Interposta.Info

Qurban Qurbanov və Regekampfın dünya reytinqində mövqeyi AÇIQLANDI

 

İdman
 7-06-2023, 20:57     322

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

Apasport.az-ın məlumatına görə, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə Azərbaycan klublarının iki çalışdırıcısı yer alıb. Siyahıdakı yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur.

“Qarabağ”ın çalışdırıcısı 1595 xalla 204-cü yerdə qərarlaşıb. 51 yaşlı mütəxəssis ötən cədvəldəki mövqeyini qoruyub.

“Neftçi”nin rumıniyalı baş məşqçisi Laurentsiu Regekampfın da yeri dəyişməz qalıb. O, 1627 xalla 174-cüdür.

Qeyd edək ki, ilk “üçlük” dəyişməz qalıb. Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) liderin ən yaxın izləyiciləridir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26