Interposta.Info

Kubokun finalının meydan sahibi müəyyənləşdi

İdman
 4-05-2023, 16:35     365

Azərbaycan Kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşk atılıb.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə qurumun texniki-idman direktoru Elgiz Abbasov, "Neftçi” Futbol Klubunu baş menecer Qədir Həsənov, "Qəbələ” İdman Klubunu isə menecer Məhəmməd Əzizli təmsil edib. Püşkün nəticəsinə əsasən "Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi "Neftçi” Futbol Klubu olub.

Azərbaycan Kubokunun final matçı iyun ayının 3-ü, saat 20.00-da start götürəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26