Interposta.Info

Millimizin heyəti açıqlandı

 

İdman
 28-04-2023, 19:05     374

Çimərlik futbolu üzrə millimizin aprelin 30-da Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

"İnterPosta" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 8 gün davam edəcək hazırlıq prosesinə 16 futbolçu cəlb olunub. Onlardan 3-ü qapıçı, 13-ü isə sahə oyunçularıdır.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qurbatov, Emil Həsənzadə, Kamran Qürbətov.

Azərbaycan seçməsi toplanış müddətində Türkiyə yığması ilə üç yoldaşlıq oyunu keçirəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26