Interposta.Info

AFFA-nın futboldan “sildiyi” Əliyev: “Harasa, müraciət etmək fikrim yoxdur”

 

İdman
 15-03-2023, 14:27     321

Bir müddət öncə haqqında futboldan ömürlük uzaqlaşdırma qərarı çıxarılan MOİK-in oyunçusu Fərmayıl Əliyev ittihamlarla bağlı heç yerə müraciət etməyib.

O, bu haqda Qaynarinfo-ya açıqlamasında bildirib. Əliyev AFFA-nın haqında çıxardığı qərardan sonra nə işlə məşğul olduğu haqda bunları deyib:

"Xeyr, heç yerə müraciət etmədim. Futboldan kənarda qalanda heç kim yada salmır. Amma belə şeylər olanda hamı zəng edir. Məsələ elə də qalıb, heç bir xəbər yoxdur. AFFA-dan da mənə heç nə deməyiblər. Ümumiyyətlə harasa müraciət etmək fikrim yoxdur. Bu haqda danışmaq istəmirəm, üzrlü hesab edin”.

Yanvarda AFFA-nın çıxardığı qərara əsasən MOİK-in üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev danışılmış oyunlarda iştiraka görə futboldan ömürlük diskvalifikasiya edilmişdi. Onlar futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26