Interposta.Info

2022-ci ildə ən çox dəyər itirən futbolçular (SİYAHI)

 

İdman
 30-12-2022, 11:59     443

2022-ci ildə ən çox dəyər itirən futbolçular müəyyənləşib.

Qaynarinfo "Transfermarkt"ın qiymətləndirməsinə istinadən xəbər verir ki, il ərzində transfer qiyməti ən çox ucuzlaşan futbolçu Romelu Lukaku olub. Belçika millisinin və "İnter"in ulduzunun transfer dəyəri 100 milyon avrodan 55 milyona düşüb.

"Mançester Yunayted"də çıxış edən İngiltərə millisinin üzvü Markus Raşfordun dəyəri də 55 milyona düşüb. İlin əvvəlində onun transfer qiyməti 85 milyon avro idi.
Ətraflı

Milan "İnter"ində çıxış edən niderlandlı Stefan de Virjin dəyəri isə 45 milyon avrodan 15 milyona düşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26