Interposta.Info

Ronaldo bu kluba keçir: İldə 200 milyon avro maaş alacaq  

İdman
 22-12-2022, 18:33     610

Ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçəcək, müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu "Marca" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, 37 yaşlı hücumçu artıq dekabrın 22-də müqavilə bağlamaq üçün Ər-Riyada getməyə qərar verib.

Qeyd olunur ki, portuqaliyalı müqavilə müddətinin iki il yarımını futbolçu, qalan illərini isə Misir və Yunanıstanla birlikdə 2030-cu ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etməyi iddialı olan Səudiyyə Ərəbistanının səfiri kimi çalışacaq.

Mənbənin sözlərinə görə, Ronaldo son iki həftədir ki, təklif üzərində düşünür və "Mançester Yunayted”dən ayrıldıqdan sonra sözləşməyə imza atmazdan əvvəl fasilə istəyib.

Hücumçunun yaxın saatlarda Səudiyyə Ərəbistanına gələcəyi gözlənilir. Müqaviləyə əsasən, futbolçu müqavilənin bir ili üçün 200 milyon avro qazanacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26