Interposta.Info

Nurlan İbrahimov yeni şirkət yaratdı (FOTO)

 

İdman
 12-10-2022, 09:25     239

"Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovun yeni iş yeri müəyyənləşib.

"İnterPosta" xəbər verir ki, UEFA tərəfindən futbol fəaliyyətinə ömürlük qadağa qoyulan həmkarımız özünə yeni şirkət açıb.

Reklamınızı SmartBee ilə effektiv edin.
Şirkət "CanSport Travel&Consulting" adlanır.


Qeyd edək ki, Nurlan İbrahimov 44 günlük Qarabağ müharibəsi dönəmində düşmən ordusunun Gəncəyə atdığı raket nəticəsində dünyasını dəyişən körpələrə görə "Facebook" hesabında ermənilərin ünvanına sərt fikirli paylaşım etdiyi üçün UEFA tərəfindən futbol fəaliyyətinə ömürlük qadağa qoyulub. Klub isə 100 min avro cərimələnib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26