Interposta.Info

Təxirə salınan yarışın yenidən keçirilmə tarixi açıqlandı

İdman
 27-09-2022, 12:38     365

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin çox sayda hərbi qulluqçusu şəhid olmuş, bu səbəbdən ayın 15-16-da keçirilməsi nəzərdə tutulan gənclər arasında ağır atletika üzrə ölkə birinciliyi təxirə salınmışdı. Artıq yarışın yeni tarixi məlum olub.

"İnterPosta" Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə birincilik oktyabrın 1-2-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək. Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edəcək.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26