Interposta.Info

Vadji Fransada nə vaxt debüt edəcək?

 

İdman
 29-08-2022, 14:26     352

"Qarabağ"dan Fransa klubu "Sent Etyen"inə transfer olunan İbrahima Vadjinin yeni komandasında debüt edəcəyi vaxt müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə "L Equipe" nəşri məlumat yayıb. 27 yaşlı hücumçunun sentyabrın 5-də Liqa 2-də VII turun "Pau" ilə səfər oyununda meydana çıxacağı bildirilib.

Seneqallı forvard bu gün və ya avqustun 30-da "Sent Etyen"də tibbi müayinədən keçəcək. Bu səbəbdən, o, sabah 6-cı turda keçiriləcək "Bastiya" ilə matçda iştirak edə bilməyəcək.

Fransa təmsilçisi Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26