Interposta.Info

İslamiada tarixində belə biabırçılıq olmamışdı

İdman
 15-08-2022, 17:41     297

Konyada keçirilən İslam Həmrəyliyi Oyunlarında atletika üzrə nəticələr və dünya üzrə reytinq cədvəli və rekord etibarlılığı ləğv olunub.

"İnterPosta"Türkiyə KİV-inə istinadən xəbər verir ki, oyunlar üçün tikilmiş yeni atletika yolunda yastıqlar, dirəklər, xronometrlər və kabellər kimi standart avadanlıqların beynəlxalq yarış standartlarına uyğun olmadığı müəyyənləşdirilib. Yol beton əvəzinə qum üzərində tikildiyi üçün çöküb. Üstəlik idmançıların yıxılmasına səbəb olan maneəyə görə beton əvəzinə qum olan tras yapışqanla təmir edilib. Türkiyə Atletika Federasiyasının oyunlardan əvvəl materialların tədarükü və trekin tikintisi ilə bağlı təşkilat rəhbərliyinə xəbərdarlıq edilsə də, bunların nəzərə alınmadığı öyrənilib.

Əslində biabırçılıq əkcə bununla bitmir. Konyada keçirilən İslamiadada digər idman növləri üzrə yarışlarada da müxtəlif qalmaqallar baş verib.

Belə ki, açılış mərasimi zamanı Konya BŞ Bələdiyyə Stadionunun döşəməsi qırılıb. Bu səbəbdən Türkiyə Superliqasında "Konyaspor"la "Başakşehir" arasında keçirilməli olan görüş Əskişəhərə daşınıb.

Bəzi beynəlxalq federasiyalar təşkilatı tanımadıqları üçün hakimlər matçları və yarışları lisenziyasız idarə ediblər.

Yeni velodromun səs sistemində yaranan problemə görə velosiped idmanında medal yarışlarının anonsları əl meqafonu ilə edilib.

Güləşə baxmaq istəyən tamaşaçılar isə zala buraxılmayıb. Belə çıxır ki, obyekt müdiri heç kimdən soruşmadan təkbaşına qərarlar verib.

Yarışlardan çıxan bir çox idmançılar nəqliyyat vasitələrinin olmaması səbəbindən otellərinə qayıda bilməyiblər.

Kişi voleybolçuların qarşılaşmasında fərqli himn səsləndirilib.

Türkiyəli idmançı ağır atletikada qızıl medal qazansa da, kürsüyə çıxanda qardaş ölkənin himni səsləndirilməyib. Bunun əvəzinə himni tamaşaçılar oxuyub.

Voleybol və həndbol yarışlarında isə qətərli idmançılar qalmaqalları ilə yadda qalıb. Türkiyə millisinin Qətərlə matçının 3-cü setinin sonunda qətərli libero Saad Sulaman türklərə "baş kəsmə” hərəkəti edib. Təşkilat komitəsinin isə Qətərlə siyasi yaxınlığına görə həmin həndbolçunu cəzalandıra bilməyəcəyi iddia edilib. Qətər tərəfi İnstaqramda "İdman bizi ayırmır, birləşdirir” başlığı ilə "hekayə” yerləşdirərək hadisəni ört-basdır etsə də, başqa "əməlləri" üzə çıxıb. Kişilər arasında həndbol yarışlarının final matçının sonunda Qətər idmançıları qələbə və çempionluğu yaşayarkən, jestlərlə tribunadakı azarkeşlərini türkləri təhqir etməyə çağırıb.

Həndbolda isə oyun cədvəlindəki dəyişikliklər komandanı və hakimləri narahat edib. Belədə qadın həndbolunda Türkiyənin Banqladeşlə matçını idarə edəcək hakimlərə məlumat verilməyib. Nəticədə onlar oyunu buraxıblar. Bu səbəbdən Qarşılaşmanı türkiyəli hakimlər idarə edib. Kamerunun qadın həndbol komandası ilk matçına gəlmədiyi üçün 10-0 hesablı texniki məğlubiyyət alıb. Amma buna baxmayaraq, turnirdəki oyunlara davam etdirib. Həndbol üzrə kişilərdən ibarət millinin qapıçısının forması oteldə unudulduğundan o, oyuna məşq forması ilə çıxıb.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26