Interposta.Info

"Neftçi" - "Rapid": Heyətlər açıqlandı (YENİLƏNİR)
 

İdman / Manşet
 4-08-2022, 20:06     267

"Neftçi" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, Laurentsiu Regekampfın komandası Bakıda Avstriya təmsilçisi "Rapid"i (Vyana) qəbul edəcək. Saat 21:00-da "Bakcell Arena"da oynanılacaq görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edəcək.

"Ağ-qaralar"ın yeganə itkisi Sezar Meza Kollidir. Əməliyyat olunan paraqvaylı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun

Ətraflı
4 avqust
21.00 Neftçi (Azərbaycan) - Rapid (Vyana, Avstriya)
Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov.
Baş məşqçi: Laurentsiu Regekampf
Rapid: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 9. Qvido Burqştaller, 14. Aleksa Peyiç, 19. Mixael Sollbauer, 22. Martin Kostselnik, 23. Yonas Auer, 27. Marko Qrüll, 28. Morits Osvald, 29. Ante Bayiç, 41. Bernhard Zimmerman.
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 7. Nikolas Gerrit-Kün, 8. Kristof Knasmüllner, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 24. Patrik Qrayl, 34. Nikolas Satlberger, 37. Paskal Fallmann, 39. Rene Krivak, 43. Leopold Kverfeld, 77. Draqolyub Saviç.
Baş məşqçi: Ferdinand Feldhofer.
Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (Xorvatiya).
"Bakcell Arena" stadionu

Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26