Interposta.Info

"Real"ın Mbappe üçün PSJ-yə təklif etdiyi məbləğ bilindi

İdman
 23-06-2022, 20:35     303

PSJ ilə yeni müqavilə bağlayaraq Fransada qalmağı üstün tutan Kilyan Mbappe üçün "Real"ın nə qədər ödəmək istədiyi bəlli olub.

"İnterPosta"xəbər verir ki, bu haqda Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi İspaniya mətbuatına açıqlamasında bildirib.

Klub prezidenti Mbappe haqda suala belə cavab verib:

"Keçən yay "Real"ın 180 milyon avroluq təklifindən imtina etdim. Çünki Kilyanı tanıyırdım. O, PSJ-də qalmaq istəyirdi. Mən onu çox yaxşı tanıyıram, özünün və ailəsinin nə istədiyini bilirəm. Onlar pul üçün hərəkət etmirlər. O, şəhəri, klubu, ölkəsi və layihəmiz üçün burada oynamağı seçdi. O, sadəcə oynamaq və qazanmaq haqqında düşünür".

Mbappenin Fransa klubu ilə yeni müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. O, 2021/2022 mövsümündə Fransa çempionatında meydana çıxdığı 34 matçda, 28 qola, 17 məhsuldar ötürməyə imza atıb.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26