Interposta.Info

Azərbaycanlı cüdoçu Avropa çempionatında erməni rəqibinə qalib gələrək finala çıxdı

İdman
 23-06-2022, 20:33     328

Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında idmançılarımız iştirak edirlər.

"İnterPosta"xəbər verir ki, oğlanların mübarizəsində Şahin Oruczadə (-55 kq) yarımfinal görüşündə ermənistanlı rəqibi Vahe Ağasyan üzərində möhtəşəm qələbə qazanıb.

Şahinin final görüşündə rəqibi serbiyalı idmançı Matiya Yeremiç olacaq

Nizami İmranov (-60 kq) isə final görüşündə macarıstanlı cüdoçu Adam Mayor ilə qarşılaşacaq.

Qızların yarışında isə Aydan Vəliyeva (48 kq) qızıl medal uğrunda İsveç təmsilçisi Tara Babulfat ilə görüşəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26