Interposta.Info

Azərbaycan Qran-prisində lider dəyişib (YENİLƏNİB)

İdman / Manşet
 13-06-2022, 08:40     317

"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış davam edir.

"İnterPosta"-nın məlumatına görə, 21-ci dövrədə "Ferrari"nin pilotu Şarl Leklerin mübarizəni dayandırmasından sonra lider dəyişib.

"Red Bull"dan Maks Ferstappen birinci pilləni ələ keçirib. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Uilyams"dan Corc Rassell üçüncü sıradadır.

16:03

"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış start götürüb.

"İnterPosta"-nın məlumatına görə, 51 dövrənin yekununda qalib bəlli olacaq.

"Ferrari"nin sürücüsü Şarl Lekler iyunun 11-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb. "Red Bull" pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.

Hazırkı dünya çempionu Ferstappen 125 xalla liderdir. Lekler 116 xalla ikinci, Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk yarısında "Prema Racing"dən Dennis Hauger "Formula 2"nin qalibi olub.

Qeyd edək ki, "Formula 1" yarışı 6-cı dəfə Azərbaycanda təşkil olunur. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.

14.50

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.

"İnterPosta"-nın məlumatına görə, tədbir əsas yarışdan əvvəl gerçəkləşib.

"Lumineux” vokal-xor ansamblı və "SOS Uşaq Kəndləri Azərbaycan”nın uşaqları Dövlət Himnini səsləndirib.

Qeyd edək ki, əsas yarış saat 15:00-da başlayacaq.

12.42

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

"İnterPosta"xəbər verir ki, 29 dövrənin yekununda "Prema Racing"dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb.

"Carlin"dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub. Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.

Mükafatları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov təqdim edib.

09.04

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.

"Report"un məlumatına görə, yarışın sonuncu günündə ilk olaraq "Formula 2" pilotları mübarizə aparacaq.

Ardınca isə əsas mərhələ start götürəcək. Saat 14:44-də açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 15:00-da "Formula 1"də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.

Azərbaycan Qran-prisi

12 iyun

"Formula 2"

11:05 - 12:10. Əsas yarış

"Formula-1”

14:44 - 14:46. Dövlət Himni mərasimi

15:00. Əsas yarış

"Formula 1"də təsnifat mərhələsinin yekunlarına əsasən, "Ferrari" pilotu Şarl Lekler birinci, "Red Bull" pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.

"Formula 2"də sprint yarışında isə "ART Grand Prix" komandasından Frederik Vesti 21 dövrənin yekununda bütün rəqiblərini qabaqlayıb.

"Prema Racing"dən Jan Daruvala ikinci, "Carlin"dən Liam Louson üçüncü yeri tutub.

"Formula 1"də "Red Bull" komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. "Ferrari"dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.

"Formula 2"də isə müvafiq sıraları "MP Motorsport"dan Felipe Druqoviç, "ART Grand Prix"dən Teo Purşer və "Prema Racing"dən Jan Daruvala tutur.

Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.

İnterPosta.info

Azərbaycan Qran-prisində lider dəyişib (YENİLƏNİB)



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26