Interposta.Info

Azərbaycan Qran-prisinin ilk qalibləri mükafatlandırıldı (YENİLƏNİB)

İdman / Manşet
 11-06-2022, 17:31     353

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qalib bəlli olub.

"İnterPosta"xəbər verir ki, "ART Grand Prix" komandasından Frederik Vesti 21 dövrənin yekununda bütün rəqiblərini qabaqlayıb. "Prema Racing"dən Jan Daruvala ikinci, "Carlin"dən Liam Louson üçüncü yeri tutub.

Qaliblər mükafatlandırılıb.

15.00

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.

"İnterPosta"xəbər verir ki, yarışın təxminən bir saat davam edəcəyi gözlənilir.

Ötən gün test yürüşlərində "Red Bull"dan Serxio Peres və "Ferrari"dən Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq.

09.16

Bu gün "Formula 1" və "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.
Ətraflı

"İnterPosta"-nın məlumatına görə, "Formula-2"də sprint yarışında ən sürətli pilotlar müəyyənləşəcək.

"Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

Azərbaycan Qran-prisi

11 iyun

"Formula 2"
13:30 - 14:20. Sprint yarışı

"Formula 1"
15:00 - 16:00. III sərbəst yürüş

"Formula 1"
18:00 - 19:00. Sıralama turu

İlk yarış günündə "Formula 1"də iki sərbəst yürüş, "Formula 2"də sərbəst yürüş və sıralama turu gerçəkləşib. "Formula 1"də "Red Bull"dan Serxio Peres və "Ferrari"dən Şarl Lekler test yürüşlərində ən yaxşı nəticəni göstəriblər. "Formula 2"də isə "Hitech Grand Prix" komandasından Yuri Vips hər iki yarışda birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 15:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26