Interposta.Info

Azərbaycan Qran-prisinin kuboku Şuşaya həsr olundu  

İdman / Manşet
 13-06-2022, 08:34     262

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub.

"İnterPosta"xəbər verir ki, yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovusması və "Şuşa ili" ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.

Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.

Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış 4 kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) üzərində mövcuddur. Qran-prinin rəsmi mükafatı həmçinin Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.

Mükafat bu gün final yarışından sonra qaliblərə veriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26