Interposta.Info

Avropa çempionatında insident:Erməni güləşçi təxribata əl atdı, idmançımız cavabını özünəməxsus şəkildə verdi

İdman
 1-04-2022, 20:51     285

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədova qarşı Ermənistan təmsilçisi Hraçya Poqosyan təxribata əl atıb.

Güləş Federasiyasından "İnterPosta"-ya verilən məlumata görə, məğlubiyyəti həmz edə bilməyən erməni idmançı Məmmədovun üzünə zərbə endirərək onu itələyib.

Belə ki, idmançımızın peşəkarlığı sayəsində təxribatın qarşısı alınıb. Qələbəmizi qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.

Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26