Interposta.Info

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazandı

İdman
 18-02-2022, 21:38     418

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

"İnterPosta" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib.

Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26