Interposta.Info

Azərbaycanlı gimnast Avropada ilin ən yaxşısı adına namizəd oldu

İdman
 14-02-2022, 23:45     212

Böyük Britaniyada yaşayan azərbaycanlı idman gimnastı Cesika Qədirova Avropada 2021-ci ilin ən yaxşısı adına namizəd olub.

"İnterPosta" xəbər verir ki, 18 yaşlı idmançı mükafat uğrunda 4 nəfərlə mübarizə aparır.

Siyahıda onunla yanaşı, belçikalı Nina Derval, italiyalı Vanessa Ferrari, rusiyalı Angelina Melnikova və isveçrəli Culiya Ştaynqruber də yer alıb. Qədirova bugünə olan göstəriciyə əsasən, 15 faiz səslə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Cesika Qədirova ötən il böyüklər arasında ilk beynəlxalq yarışında 3 dəst medal qazanıb. O, İsveçrənin Bazel şəhərində keçirilmiş idman gimnastikası üzrə Avropa çempionatında xalça üzərində sərbəst hərəkətlərdə qızıl, dayaqlı tullanmada gümüş, çoxnövçülükdə isə bürünc medala sahib çıxıb.

İstedadlı idmançının əkiz bacısı Cennifer Qədirova da gimnastika ilə məşğul olur. Onlar ötən il Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra bu idman növü üzrə olimpiya medalı qazandırıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26