Interposta.Info

Kəmaləddin Heydərov bu vəzifəsindən istefa verir, yerinə başqa nazir gəlir (İDDİA)

İdman
 8-02-2022, 20:26     374

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Boks Federasiyasının prezidenti postundan istefa verəcək.

Bu barədə "İnterPosta"-ya daxil olan məlumatda iddia edilir. Bildirilir ki, bu ABF-in sabah keçiriləcək konfransında baş tuta bilər.

Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsə gəlincə, iddialara görə, onun yerini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev tutacaq.



Qeyd edək ki, ABF-nin birinci vitse-prezidenti Ağacan Abıyev Qaynarinfo-ya açıqlamasında Kəmaləddin Heydərovun istefa verəcəyi barədə məlumatlı olmadığını desə də, federasiya prezidentinin 4 il müddətinə seçildiyini demişdi. Kəmaləddin Heydərov isə 13 ildir ki, bu postdadır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26