Interposta.Info

Kəmaləddin Heydərov istefa ərizəsi yazıb?

Gündəm
 18-07-2017, 15:07     2 683

11:43

"Nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifə ləğv ediləndən sonra fövqalədə hallar nazirliyində yeni problemlər yaranıb".

"interposta.info xəbər verir ki, belə bir iddia ilə 10may.az saytı çıxış edib. Sayt iddia edir ki, FHN-in səlahiyyətlərinin ARDNŞ və Nazirlər Kabinetinə verilməsi planlaşdırılıb.

Kəmaləddin Heydərova gəldikdə, saytın iddiasına görə, onun Səudiyyə Ərəbistanına səfir göndəriləcəyi gözlənilir. Həmçinin nazirin 3 ay öncə istefa ərizəsi yazdığı bildirilir. Elə bu səbəbdən də onun “Gilan Holding"dən imtina etdiyi bildirilir.

13:13

FHN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən 365.Az-a verilən açıqlamada yayılan informasiyaların həqiqətə uyğun olmadığı bildirilib: "Biz həmişəki və normal rejimdə fəaliyyət göstəririk".

Nazirlər Kabineti aparatının əməkdaşı Məhsəti xanım da 365.Az-a açıqlamasında da FHN-in ləğvi və ya səlahiyyətlərinin digər qurumlar arasında bölünməsi haqqında xəbərləri "şayiə" adlandırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26