Interposta.Info

İdmançımız "Pekin-2022"də 18-ci oldu

 

İdman
 8-02-2022, 12:06     330

Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramda mübarizəsi başa çatıb.

Yarışda Azərbaycan təmsilçisi Vladimir Litvintsev də iştirak edib. O, 84,15 xalla 18-ci yeri tutub. Qazandığı nəticəyə əsasən "24-lüy"ə düşən idmançımız sərbəst proqramda iştirak edəcək. Proqrama fevralın 10-da start veriləcək.

Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova isə fevralın 15-də buz meydançasına çıxacaq.

Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26