Interposta.Info

Araz Abdullayev "Sumqayıt"da - RƏSMİ

İdman
 15-01-2022, 13:16     353

"Sumqayıt” FK dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.

"İnterPosta" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq Kiprin "Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb. Təcrübəli oyunçu "78" nömrəli formada çıxış edəcək.

Araz Abdullayev son klubu olan "Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi "Neftçi”, "Panionios”, "Qəbələ”, "Anortosis”, "Qarabağ” və "Boluspor” kimi klubların uğurları üçün də çalışıb.

Abdullayev U-17, U-19, U-21 və "A” milli komandamızın şərəfini qoruyub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26