Interposta.Info

Ronaldo dözmədi: "Gələcəyimin mənasız yerə işıqlandırılması..."

İdman
 18-08-2021, 13:25     374

Xeyli müddəti adı bir sıra klublarla yanaşı çəkilən, xüsusən də "Real"a qayıdacağı bildirilən Portuqaliya millisinin superulduzu Kristiano Ronaldo susqunluğunu pozub.

Qaynarinfo xəbər verir ki, hazırda "Yuventus"un formasını geyinən 35 yaşlı hücumçu mediada yayılan xəbərlərə münasibət bildirib. O şəxsi sosisal şəbəkə hesabları vasitəsilə fikirlərini bölüşüb. Mediada yayılan xəbərlərin yalan oduğunu söyləyən Ronaldo onu sevən "Real" azarkeşlərinə sevgi və hörmət bəslədiyini deyib: "Məni tanıyan hər kəs işimə nə qədər diqqətlə yanaşdığımı bilir. Daha az danışmaq və daha çox hərəkət etmək, karyeramın başlanğıcından bu yana mənim bələdçimdir. Ancaq son vaxtlar söylənən və yazılan hər şeyi nəzərə alaraq mövqeyimi ortaya qoymalıyam. Gələcəyimin mediada mənasız yerə işıqlandırılması bir kişi və oyunçu olaraq təkcə mənə qarşı deyil, bu söz -söhbətlərdə iştirak edən bütün klublara və onların oyunçularına, işçilərinə hörmətsizlikdir.

"Real"dakı hekayəm sözlərdə, rəqəmlərdə, kuboklarda və yazı başlıqlarında işıqlandırılıb. Bu "Santyaqo Bernabeu"dakı muzeydədir və "Real"ın hər bir azarkeşinin ağlındadır. Əldə etdiklərimlə yanaşı, doqquz il ərzində bu günə qədər azarkeşlərin sevgisini görürəm, onlara olan dərin hörmətimi qoruyuram. Bilirəm ki, əsl "Real" azarkeşləri qəlbimdə olmağa davam edəcəklər və mən də onları özümdə yaşadacağam.

İspaniyada olanda da indiki kimi, tez-tez məni bir çox fərqli liqalardakı klublarla əlaqələndirən xəbərlər və hekayələr olurdu. Ancaq, heç kim əsl həqiqəti öyrənmək üçün narahatlıq keçirmirdi. İnsanların adımla oynamasına icazə verə bilməyəcəyimi söyləmək üçün indi susuram. Karyerama və işimə yönəlmişəm və üzləşməli olduğum bütün çətinliklərə hazıram. Qalan hər şey? Qalan hər şey sadəcə dedi-qodudur".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26