Interposta.Info

Ronaldo yenə kapitan sarğısını yerə atdı
 

İdman
 28-06-2021, 09:58     463

Portuqaliyanın futbol üzrə yığmasının kapitanı Kriştianu Ronaldu AVRO-2020-nin 1/8 finalının Belçika komandasına qarşı matçında (0:1) məğlubiyyətdən sonra kapitan sarğısını qazona atıb.

Qaynarinfo xəbər verir ki, hücumçu bu oyunda yığmanın heyətində qolların sayı üzrə dünya rekordu qıra bilərdi, lakin indi onun rekorda imza atması üçün bir qolu çatmır. Milli komandanın heyətində Ronaldunun aktivində 109 qol var.

Qeyd edək ki, matçda portuqalların qapılarına yeganə qolu Torqan Azar vurub. Onun uzaq məsafədən endirdiyi zərbə Belçika yığmasının yeganə qolu olub.

Kriştianu Ronaldu daha əvvəl Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyununda kapitan sarğısını yerə tullayıb.

Martda keçirilən qarşılaşmada 36 yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb. Onun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli "davam" qərarı verib.

Sonradan onun kapitan sarğısı hərraca çıxarılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26