Interposta.Info

Zirə" klubu heyətini yeni qapıçı ilə gücləndirib

İdman
 28-08-2020, 12:01     480

"Zirə" klubu heyətini yeni qapıçı ilə gücləndirir.

"Report" "Portalcambe" nəşrinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi braziliyalı Mateus Albino Carneiro ilə anlaşıb. 25 yaşlı oyunçu Braziliya C Seriyasında çıxış edən "Londrina" ilə müqaviləsini ləğv edir.

Futbolçu yaxın günlərdə Bakıya səfər edəcək.

Mateus Albino Carneiro "Zirə"yə keçidi barədə bunları söyləyib: "Xaricdən gələn təklif mənim və ailəm üçün çox vacib idi. Həmişə Avropa futbolunda oynamağı arzu etmişəm. "Londrina" azarkeşlərinə və kluba mənə dəstək olduqları üçün təşəkkür edirəm. Burada yaşadığım hər şeydən çox məmnun idim. Heyətdəki futbolçular və məşqçilər korpusu ilə dost oldum, klubu televiziya və sosial şəbəkələrdə izləməyə davam edəcəyəm.

Qeyd edək ki, Mateus Albino Carneiro 2018-ci ilin noyabrından "Londrina"da çıxış edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26