Interposta.Info

"Mançester Yunayted"in əfsanəsi millimizin baş məşqçisi ola bilər

İdman
 30-06-2020, 11:13     1 243

Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd açıqlanıb.

"İmnterPosta" xəbər verir ki, bu barədə Britaniyanın məşhur "The Sun" nəşri məlumat yaylb.

Bildirilib ki, "Mançester Yunayted"in əfsanəvi futbolçularından sayılan Roy Kin milli komandamıza başçılıq edə bilər. Məlumata görə, irlandiyalı mütəxəssisə UEFA Millətlər Liqasında C Liqasında yer alan Azərbaycan yığmasına Cənubi Kipr, Monteneqro və Lüksemburqla birgə yer aldığı qrupun oyunları zamanı rəhbərlik etmək təklif olunub. Kindən bu mərhələni keçməsi istənilib.

"The Sun" yazır ki, AFFA-nın 49 yaşlı mütəxəssisə təklif etdiyi şərtlər kifayət qədər cəlbedicidi və irlandiyalı baş məşqçi bunu qəbul edə bilər.

AFFA-ya yaxın mənbə nəşrə təsdiqləyib ki, Kin milli assosiasiyanın ən yaxşı seçimidir, lakin tezlikdə mütəxəssisdən cavab gözlənilir.

Qeyd edək ki, Roy Kin 1993-2005-ci illərdə "Mançester Yunayted"də çıxış edib. O, son olaraq 2019-cu ildə İngiltərənin "Nottingem Forest" klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib. /qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26