Interposta.Info

Futbol üzrə Argentina Çempionatı vaxtından əvvəl bitəcək

İdman
 28-04-2020, 07:46     1 505

Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi ölkə çempionatını vaxtından əvvəl bitirəcək.

Trend-in məlumatına görə, bu barədə AFA-nın prezidenti Klaudio Tapia bildirib.

K.Tapia bildirib: "Biz turniri başa vurmağa hazırlaşırıq".

Assosiasiyanın prezidenti qeyd edib ki, yekun qərar AFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

AFA rəhbəri mövsümün sonunda liqalar arasında komanda mübadiləsi olmayacağını da söyləyib.

Qeyd edək ki, hazırda turnir cədvəlində 23 matçda 48 xal qazanaraq birinci yerdə Boka Xuniors, ikinci yerdə River Pleyt (47 xal), üçüncü yerdə isə Veles Sarsfild (39 xal) qərarlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26